AZ

Sahibi dünyasını dəyişən şirkətin vergi borcu üzə çıxdı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bir neçə il əvvəl rəhbərinin həyatına son qoyduğu bildirilən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirmədiyi məlum olub.Demokrat.az-ın əldə etdiyi məlumata əsasən, şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 8025,83 manat məbləğində borcu formalaşıb.Qeyd edək ki, sözügedən trest 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Kommersiya qurumlarının dövlət reyestrində müəssisənin qanuni təmsilçisi kimi hazırda da Nəsirov Yusif Təvəkkül oğlu göstərilir.Lakin əldə olunan məlumatlara görə, Y.Nəsirov 2017-ci ildə müəmmalı hadisə nəticəsində həyatını itirib. Buna baxmayaraq, şirkətin hüquqi statusu və vergi öhdəlikləri ilə bağlı rəsmi qeydlərdə hələ də dəyişiklik edilməyib.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
145
demokrat.az

1Mənbələr