AZ

Bu biosensor içkilərdə şəkər və spirt miqdarını aşkar edəcək

Yazını böyüt
Yazını kiçilt

Rusiya və Çin tədqiqatçıları fermentlər əsasında hazırlanmış biosensor yaradıblar. Bu cihaz içkilərdə alkoqol, şəkər, süd turşusu və nişastanın miqdarını bir neçə dəqiqə ərzində müəyyən etməyə imkan verir. Bu barədə TASS agentliyi yazıb.

Hafta.az xəbər verir ki, layihənin həmmüəllifləri Tula Dövlət Universitetinin, Harbin Texnologiya Universitetinin alimləri və Rusiyanın "Ekoniks-ekspert" şirkətinin mütəxəssisləri olublar.

Qeyd edilir ki, biosensor qısa müddətdə içkidə eyni anda dörd əsas komponenti - şəkər (qlükoza), süd turşusu, alkoqol və nişastanı müəyyən edir. Bu, fermentlərin xüsusi gel daxilində sabitləşdirilməsinə əsaslanan yeni texnologiya sayəsində mümkün olub. Nəticədə analiz sürətli, dəqiq və mürəkkəb laborator avadanlığı olmadan birbaşa istehsalatda istifadə üçün yararlı olur.

Sensor, məsələn, şərabda alkoqol və şəkərin, uşaq qidalarında isə nişastanın səviyyəsini operativ şəkildə yoxlamağa imkan verir. Nəticə 1-2 dəqiqə ərzində əldə olunur və dəqiqlik baxımından xromatoqrafiya kimi laborator üsullarla müqayisə oluna bilər.

Seçilən
24
1
hafta.az

2Mənbələr