AZ

Arbeloa Mbappe ilə Ronaldunu müqayisə etdi

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa Kilian Mbappe ilə Kriştianu Ronaldunu müqayisə edib.

Fanat.Az xəbər verir ki, o, İspaniya nəhənginin mətbuat xidmətinə açıqlamasında belə deyib:

"Kilian Kriştianunun rekordlarını təkrarlaya və qıra bilər. Bu, böyük bir şansdır. Çünki hazırda o, dünyanın ən yaxşı oyunçusudur və bunu günbəgün, hər matçda sübut edir. Kriştianunun nailiyyətləri qeyri-adi, misilsiz, heç kimin nail ola bilməyəcəyi bir şey kimi görünürdü. Mbappe hələ uzun bir yol qət etməlidir, çünki Kriştianu uzun illərdir zirvədədir. Amma onun izi ilə getmək üçün bütün imkanları var və bizə onu keçə biləcəyini görmək qalır. Ronaldunu kimsə keçməyi bacararsa, bu, Kilian olacaq".

"Real Madrid" La Liqanın 23-cü turunda səfərdə "Valensiya"nı 2:0 hesabı ilə məğlub edib. Mbappe qollardan birini vurub. Fransız futbolçu La Liqanın bombardirlər siyahısına 23 qolla başçılıq edir və ən yaxın izləyicisini 8 qol qabaqlayır.

"Real Madrid"in 57 xalı var və o, turnir cədvəlində "Barselona"dan bir xal geridə qalaraq ikinci yerdədir.

Mirağa

Seçilən
64
1
fanat.az

2Mənbələr