AZ

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması ilə bağlı prioritetlərindən danışılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının Avrasiya Həftəsi çərçivəsində keçirilən plenarsessiyada iştirak edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumatagörə, “Transxəzər nəqliyyat dəhlizi və regional iqtisadibağlantılar” mövzusuna həsr olunan tədbirdə Orta Dəhlizin artanstrateji əhəmiyyəti və ölkəmizin bu marşrutun inkişafındakı aparıcırolu diqqətə çatdırılıb.

Bildirilib ki, Orta Dəhliz tranzit marşrut olmaqla yanaşı,regional iqtisadi inteqrasiya və Avrasiya məkanında əməkdaşlıq üçünəsas platformaya çevrilib. Azərbaycanın son illərdə dəmir yolu,liman, dəniz və logistika infrastrukturlarına yatırdığıinvestisiyalar dəhlizin mövqeyini gücləndirib.

Azərbaycan nümayəndə heyəti iştirakçılara Bakı – Tbilisi – Qarsdəmir yolu xəttində modernləşdirmə işlərinin tamamlanması, Xəzərdənizində limanların və flotiliyanın birgə genişləndirilməsi,Zəngəzur dəhlizinin mühüm diversifikasiya elementi olması barədə dəməlumat verib.

Həmçinin vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizinin uzunmüddət rəqabətədavamlı olması təkcə yolların və infrastrukturunqurulmasından asılı deyil. Bunun üçün sərhəd prosedurlarınınsadələşdirilməsi, qaydaların uyğunlaşdırılması, iş prosesininsürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də vacibdir.Azərbaycan bu istiqamətdə təşəbbüslərini genişləndirir.Qanunvericilikdə dəyişiklik edilib, müvafiq hüquqi bazaformalaşdırılıb, dövlət başçısının Fərmanı ilə əməliyyatlarınsəmərəliliyi və proqnozlaşdırma keyfiyyətini əhəmiyyətli dərəcədəyüksəldəcək “Bir pəncərə” informasiya sistemi yaradılır.Hazırlanmaqda olan Rəqəmsal Logistika Platforması nəqliyyat, gömrükvə logistika iştirakçılarını vahid elektron sistemdə birləşdirərəkreal vaxt rejimində məlumat mübadiləsini təmin edəcək. Nəticədəproseslər daha şəffaf və çevik həyata keçiriləcək.

Plenar sessiyada Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatı yanında Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyindəndə danışılıb. Qeyd edilib ki, nəqliyyat əlaqələriningücləndirilməsi prezidentliyin prioritetlərindən biridir.Azərbaycan Orta Dəhlizin dayanıqlı, rəqabətli, rəqəmsal vəinteqrasiya olunmuş regional bağlantı xəttinə çevrilməsiistiqamətində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Beynəlxalq
Beynəlxalq
Seçilən
211
4
az.trend.az

4Mənbələr