AZ

NBA: “Toronto Reptors” və “Los-Anceles Klippers” növbəti qələbələrini qazanıb

Bakı, 9 fevral, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha iki oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk qarşılaşmada “Toronto Reptors” evdə “İndiana Peysers”i 122:104 hesabı ilə məğlub edib.

İkinci matçda isə “Los-Anceles Klippers” səfərdə “Minnesota”nı üstələyib - 115:96. Bu, hər iki komandanın müntəzəm mövsümdə ikinci qələbəsi olub.

Hazırda “Toronto Reptors” Şərq Konfransının turnir cədvəlində 5-ci, “İndiana Peysers” isə 15-ci yerdədir.

Qərb Konfransında isə “Minnesota” 6-cı, “Los-Anceles Klippers” 9-cu pillədədir.

 

Seçilən
226
2
azertag.az

3Mənbələr