Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Sabirabad rayonunda 10 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı tenderə yekun vurub.
Publika.az xəbər verir ki, tenderin qalibi fərdi sahibkar Quliyev Şahin Sərdar oğlu seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 694 400 manatdır. Bu halda bir evin qiyməti 69 440 manata düşür.