AZ

Nazir müavini: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O bildirib ki, Mərkəz ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində 5 ali təhsil müəssisəsində 7 fənn üzrə tədris aparıb, 3 kibertəhlükəsizlik məhsulunun hazırlanmasına dəstək verib və 3 beynəlxalq yarışa hazırlıq proqramını uğurla icra edib

“Mərkəzin fəaliyyəti strateji sənədlərdə müəyyən edilmiş hədəflərin icrasını təmin edir, kibertəhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanmasına və milli ekosistemin möhkəmləndirilməsinə önəmli töhfə verir”, - deyə nazir müavini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
161
azertag.az

1Mənbələr