Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dünya əmtəə bazarlarında qızılın qiyməti növbəti artım dalğası yaşayır. Bir troya unsiyası (təxminən 31,1 qram) qızılın gələcək aylara aid fyuçers müqavilələri xeyli bahalaşıb.
"AzPolitika"nın məlumatına görə, Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin aprel teslimatlı fyuçerslərinin qiyməti 1,11% artaraq 5035 ABŞ dolları səviyyəsinə yüksəlib.
Gümüş də bu yüksəlişdən kənarda qalmayıb. Gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçersləri 5,85% dəyər qazanaraq 81,39 dollar olub.
Mütəxəssislər bu artımı qlobal iqtisadi risklərin artması, inflyasiya narahatlıqları və investorların “təhlükəsiz sığınacaq” axtarışına bağlayırlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.