AZ

Bakıda qadının marketin qarşısında döyülməsinin səbəbi bilindi

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda 37 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Ayxan Məlahət (adlar şərtidir – red.) ilə sonuncunun Zabrat qəsəbəsində birgə yaşadıqları evdə mübahisələri yaranıb. Bu zaman o, Məlahəti əl və ayaq zərbələri ilə vurub. Daha sonra isə 37 yaşlı kişi sevgi münasibətində olduğu qadına qarşı şiddəti növbəti gün küçədə davam etdirib. O, rayonunun Əzizbəyov küçəsində yerləşən marketlərdən birinin qarşısında Məlahət ilə mübahisə edib. Mübahisə zamanı qadının sifət nahiyəsinə zərbə yetirib. Hadisəni törədən Ayxanın barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, Məlahətlə əvvəllər ər-arvad münasibətində yaşayıb: “Daima onun yaşadığı evə gedib-gəlmişəm. Hadisə baş verən günü, saat 22 radələrində yenidən Məlahətin yaşadığı evə getdim. Qapını Məlahət açdı, mən onun razılığı ilə evə daxil oldum. Həmin vaxt Məlahət spirtli içki qəbul etmişdi. Mən isə divanda uzandım. Məlahət spirtli içkin təsiri altında mənə niyə işləmədiyimi bildirdi, mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Əsəbləşdiyimdən ayağa qalxaraq onun baş və bədən nahiyəsinə yumruqla bir neçə dəfə vurdum. Sonra paltarımı geyinərək oradan getdim”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Məlahət ilə telefon əlaqəsi saxlayıb: “Məlahət Pirallahı qəsəbəsinə gəlmək istədiyini bildirdi. Mən ona taksi pulunu verəcəyimi bildirdim. Axşam saatlarında Məlahət Pirallahı qəsəbəsində yerləşən “Yaşıl” aptekin qarşısında düşdü. Mən taksiyə 25 manat pul ödəyərək marketə getdim. Məlahət isə dayısının yaşadığı evə getdi. Təxminən beş dəqiqə keçdikdən sonra Məlahət yanıma gəldi və dayısının mənə görə onu evə buraxmadığını bildirdi. O, mən isə onun dayısı ilə danışacağımı bildirdim. Məlahət isə yaşadığı Zabrat qəsəbəsinə qayıtmaq istədiyini bildirdi. Həmin vaxt mən ona taksiyə 25 manat ödədiyimi bildirdim, aramızda mübahisə baş verdi. İçkili olduğumdan Məlahəti vurdum. Həmin vaxt o, əlimdən qaçdı. Onun arxasınca qaçdım və Əzizbəyov küçəsində yerləşən marketin qarşısında saçından tutaraq yerə yıxdım, sifət nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurdum. Ətrafda olan tanımadığım şəxslər yaxınlaşaraq Məlahəti əlimdən aldılar”. Zərərçəkmiş Məlahətin sözlərinə görə, Ayxanı 4 ildir tanıyır: “Ayxanla yalnız dost münasibəti saxlamışam. Bundan əvvəl də bir neçə dəfə onun barəsində polisə müraciət etmişəm. Buna baxmayaraq Ayxan məni izləyib və mənimlə dalaşıb. Sonuncu dəfə Ayxan məni yığaraq qapının qarşısında olduğunu və pişik gətirdiyini bildirdi. Buna görə də pişiyi yemləmək üçün qapıdan çölə çıxdım. Bu zaman Ayxan dərhal evin həyətinə daxil oldu. Məni döyməsin deyə evə girdim. Bu zaman telefonda mesaj yazdığıma görə, kimə yazdığımı soruşdu. Mən tanışıma yazdığımı bildirən zaman aramızda mübahisə baş verdi. Ayxan mənim üz və bədən nahiyəmə yumruq, təpiklə zərbələr endirdi. Bununla kifayətlənməyərək mətbəxdə masanın üzərində olan bıçağı götürdü və üzərimə hücum çəkən zaman ona yalvardım. Sonra o, evdən getdi”. Zərərçəkmiş bildirib ki, növbəti gün Ayxan ona zəng edib, Zabrat qəsəbəsinə yaşadığı evə gəlmək istədiyini bildirən zaman onun içkili olduğunu hiss edib: “Buna görə də özümün Pirallahıya gələcəyimi bildirdim. O, mənimlə razılaşdı və taksi ilə Pirallahı rayonuna gəldim. Ayxan taksinin pulunu ödədikdən sonra marketə içki almaq üçün getdi. Mən isə dayımın olduğu evə gedərək qapını döydüm. Lakin dayım Ayxana görə qapını açmadı, məni evə buraxmadı. Mən oradan uzaqlaşaraq Ayxanın yanına getdim. Ayxana dayımın ona görə məni evə buraxmadığını dedim, yenidən Zabrat qəsəbəsinə getmək istədiyimi bildirdim. Ayxan dayım ilə danışacağını qeyd edən zaman israrla Zabrata gedəcəyimi bildirdim. Ayxan bəs nə üçün taksiyə 25 manat pul verdiyini bildirdi və məni döyməyə başladı. Mən qışqırdım, yaxınlıqda olan tanımadığı bir nəfər şəxsin köməyi ilə onun əlindən çıxdım, marketə tərəf qaçdım. Ayxan yenidən saçımdan tutaraq məni yerə yıxdı, sifət nahiyəmə zərbələr endirməyə başladı. Ətrafdakı insanlar köməyə gələrək məni onun əlindən aldılar”. Pirallahı Rayon Məhkəməsinin hökmü ilə Ayxan 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının 1 il 1 ay 28 günə qədər artırılmasını istəyib. Bakı Aepllyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. Fariz Məlikli

Demorkat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
152
demokrat.az

1Mənbələr