AZ

Turan Tovuz autsayderi qonaq edir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer liqasının 19-cu turunun ikinci oyun gününə Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" "Karvan-Yevlax"ı qonaq edir.

Hazırda Tovuz klubu 30 xalla 4-cü, Yevlax təmsilçisi isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Dünən keçirilən oyunda "Zirə" "Sumqayıt"ı məğlub edərək 3-cü yerə yüksəlib. "Boz qurdlar" yenidən ilk "üçlük"də yer almaq üçün bu gün mütləq qalib gəlməlidir. Yevlaxlılar isə sonuncu yerdən qurtulmaq üçün mübarizə aparır. Komandaların ilk dövrədəki mübarizəsindən "Turan Tovuz" qalib ayrılıb - 2:1. 

Qeyd edək ki, turun son iki - "Şamaxı" - "Qarabağ" və "Neftçi" - Qəbələ" görüşü sabah baş tutacaq.

Misli Premyer Liqası

II dövrə, XIX tur

18:30. "Turan Tovuz" - "Karvan-Yevlax"

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad SəlimovVAR: Nicat İsmayıllıAVAR: Pərvin TalıbovHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Məmmədəli MəmmədovBakı. "Azersun Arena". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
sport24.az

1Mənbələr