“Azərbaycan Memarlıq və İnşaat Universiteti” publik hüquqi şəxsi komputer, noutbuk, soyuducu və s. avadanlıqların alınmasına 354 253 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, satışı “Premier” MMC həyata keçirəcək.
Universitet və MMC arasında müqavilə bağlanıb. Buraya komputer, noutbuk, soyuducu, “smart board”, “smart switch” daxildir.
Cabir
Tarix: 9 Fevral 2026, 11:25