AZ

“Rusiyanın əsas vəzifəsi Donbas və Krımda rusların tarixi hüquqlarının qorunmasıdır” - Lavrov

“Rusiyanın ən vacib vəzifələri sərhəd təhlükəsizliyinin təmin edilməsi və Novorossiya, Donbas və Krımda rusların tarixi hüquqlarının qorunmasıdır”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TV BRICS” kanalına müsahibəsində deyib.

"Əsrlər boyu Krım, Donbass və Novorossiya torpaqlarında yaşamış və yaşamağa davam edən rusların və rusdilli insanların hüquqlarının etibarlı və hərtərəfli qorunmasını təmin etməliyik", - deyə siyasətçi vurğulayıb.

Lavrov bildirib ki, Rusiyanın əsas tarixi vəzifəsi ölkənin təhlükəsizliyini təmin etməkdir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
60
missiya.az

1Mənbələr