AZ

“ABŞ Rusiyaya ilə iqtisadi müharibə aparır” - Lavrov

"ABŞ hazırda Ankoricdə Ukrayna ilə bağlı irəli sürdüyü təklifləri həyata keçirmək istəmir”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TV BRICS” kanalına müsahibəsində deyib.

O bildirib ki, amerikalıların təklifini qəbul etməklə, biz Ukrayna məsələsini həll etmək və tammiqyaslı, geniş və qarşılıqlı faydalı əməkdaşlığa doğru irəliləmək vəzifəsini yerinə yetirdik:

“Hələlik praktikada işlər başqa cür görünür. ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edir və mahiyyət etibarilə iqtisadi müharibə aparır, Rusiya enerji təchizatını bazarlardan sıxışdırmağa və tərəfdaşlarını Amerika mayeləşdirilmiş təbii qazını almağa məcbur etməyə çalışır. Rusiya ABŞ ilə əməkdaşlığa açıq qalır, lakin amerikalılar özləri süni maneələr yaradır, ABŞ-nin sabiq Prezidenti Co Bayden administrasiyası dövründə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaqda yavaşdırlar", - deyə Lavrov vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
100
missiya.az

1Mənbələr