Rusiyada türk serialları son zamanlar olduqca populyarlaşıb. Buna səbəb nədir?
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, mədəniyyətşünas və ssenarist Ayşə Tuncar bunu izah edib.
Ekspertin fikrincə, hər şey "emosional dram", mədəni yaxınlıq və yüksək məhsul keyfiyyəti ilə bağlıdır.
"Türk serialları izləyicilərə güclü emosiyalar, eləcə də ailədaxili münaqişələr və dəyərlər təqdim edir ki, bu da bəzi yerlərdə rus tamaşaçılarına çox yaxşı təsir göstərir", - deyə o bildirib.
Tuncar qeyd edib ki, Qərb seriallarında fərdiyyətçilik və məsafə üstünlük təşkil edir. Türkiyə seriallarında isə səmimiyyət üstünlük təşkil edir ki, bu da onları rusiyalı tamaşaçılar üçün daha yaxın edir.