AZ

BVF-nin icraçı direktoru Ağdam, Xankəndi və Şuşada aparılan bərpa işləri ilə tanış olub

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğuİsveçrə Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Ağdam,Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Trend MaliyyəNazirliyinı isitnadən xəbər verir ki, səfər çərçivəsində İcraçıdirektora işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərindəaparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin BaşPlanının icrası, müasir infrastrukturun formalaşdırılması, habeləBöyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildəköçürülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflıməlumat verilib.

P.Loşevski həmçinin, Xankəndi şəhərinin mərkəzi hissəsi və əsasinfrastruktur obyektlərinin fəaliyyəti, burada aparılan bərpa vəyenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərinyaşayış şəraitinin təmin olunması istiqamətində görülən tədbirlərlətanış olub.

Şuşa şəhərinə səfər zamanı isə qonağa şəhərin zəngintarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçininhəyata keçirilən infrastruktur və turizm layihələri barədə genişməlumat təqdim olunub. Qeyd edilib ki, Şuşa Azərbaycanın mədəniyyətpaytaxtı kimi regionun sosial, mədəni və iqtisadi həyatında mühümrol oynayır.

Seçilən
80
az.trend.az

1Mənbələr