AZ

Bəhlul Çin klubu ilə dalaşdı, getməyəcək

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Asiyadansa Avropaya getməsini daha məqsədəuyğun hesab edirəm.

“Bəhlulla danışdım, dedi ki, onlar indi klubun düşərgəsinə qatılmasını tələb ediblər. Çempionat martda başlasa da, hazırlıq mərhələsinə qatılması və transfer pəncərəsinin bağlanması səbəbindən bu addımı atıblar. 2+1 illik müqavilə təklif olunub. Lakin Bəhlul son anda imtina edib”.

KONKRET.az xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib.

O, “Qarabağ”ın 29 yaşlı müdafiəçisinin Çinin “Şençjen Penq Siti” klubuna transferinin baş tutmamasına aydınlıq gətirib. Ələmdar bəyin sözlərinə görə, qərar futbolçunun özü tərəfindən verilib və klubun təsiri olmayıb: “Deyib ki, komandanın qarşıda iki vacib oyunu və sıx qrafiki var. Bu şəraitdə, çətin vəziyyətdə “Qarabağ”ı tərk etmək istəməyib. Qarşı tərəf isə “indi gəlsin” deyib. Nəticədə Bəhlul özü ‘“Qarabağ”da qalmaq qərarını verib”.

Mustafayev Çindən başqa təkliflərin də olduğunu bildirib: “Digər klublardan da müraciətlər vardı. Asiyadansa Avropaya getməsini daha məqsədəuyğun hesab edirəm. Çünki futbolun mərkəzi oradır. Amma elə klub olmalıdır ki, avrokuboklarda mübarizə aparsın. Bu imkanı əvvəllər də olub, lakin yararlanmamışdı. “Qarabağ” da onun getməsini istəməyib. Qərarına hörmət edirəm, amma qalmasını istəyirdim”.

Xatırladaq ki, Bəhlulun Çin klubuna getməməsinin səbəbini ilk öncə futbolinfo.az yazmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
10
konkret.az

10Mənbələr