AZ

Türkiyə toyuq əti ixracını dayandırdı

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Toyuq məhsullarında müşahidə olunan qiymət artımı səbəbindən Türkiyənin daxili bazarında təklif və qiymət sabitliyini qorumaq məqsədilə bu gündən etibarən toyuq əti ixracının dayandırılması barədə qərar qəbul edilib.

Marja.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi Ramazan ayı ərəfəsində toyuq əti ixracının dayandırılması barədə qərar qəbul edib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlikdən verilən məlumata görə, Ramazan öncəsi qiymətlər 15 faizə qədər artıb. Nəticədə, bu vəziyyət vətəndaşlar çətin vəziyyətə salıb. Onları toyuq əti istehsalçıları qarşısında qorumaq məqsədilə ixracın dayandırılmasına qərar verilib.

Ramazan ayının sonuna qədər ət və kərə yağı qiymətləri sabit saxlanılacaq.

Qərarla bağlı Ticarət Nazirliyinin Mətbuat müşaviri Bəkir Kaplan da açıqlama verib.

Bəkir Kaplan açıqlamasında bildirib:

“Ramazan öncəsi qiymətləri 15 faizə qədər əsassız şəkildə artıraraq vətəndaşlarımızı çətin vəziyyətə salan toyuq əti istehsalçılarından vətəndaşları qorumaq məqsədilə Ticarət Nazirliyimiz toyuq əti ixracını dayandırmaq barədə qərarı qəbul edib.”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
2
marja.az

3Mənbələr