AZ

Zelenskidən biabırçı ETİRAF: Raketlərimiz çatmır

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ukrayna Hərbi Hava Qüvvələri Patriot sistemləri üçün lazım olan “PAC-3” raketlərinin çatışmazlığı ilə üzləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Məlumata görə, raketlərin olmaması səbəbindən qurğular boş qalıb və ballistik raketlər sərbəst şəkildə elektrik stansiyalarına zərbə endirə bilib.

Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuriy İqnat bildirib ki, il əvvəli üçün ən böyük problem məhz raket çatışmazlığı olub.

“Sirri açmayacam, amma “NASAMS” kompleksi dayanıb, puskovada altı raket əvəzinə yalnız iki raket var. Çünki raketləri digər puskovalara yaymaq lazım idi ki, müdafiə sahəsi daha geniş olsun”.

O əlavə edib ki, bəzən növbəti hücumu əks etdirmək üçün heç bir vasitə olmurdu.

Ukrayna Prezidenti

Volodimir Zelenski də raket çatışmazlığından danışıb. O vurğulayıb ki, Hərbi Hava Qüvvələri Patriot və Avropa istehsalı olan zenit-raket sistemlərini hər zaman istifadə edə bilmir, çünki raketlər çatmır və yeni partiyaları şəxsi səylə ABŞ və Avropa ölkələrindən əldə etməli olur.

Buna baxmayaraq Zelenski Ukraynaya yeni PVO raketlərinin göndərildiyini bildirib, yanvarın sonunda isə ABŞ-la “PAC-3” raketlərinin Patriot komplekslərinə tədarükü üzrə razılıq əldə olunub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
konkret.az

2Mənbələr