AZ

AMB və Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) Lüksemburqun MaliyyəTexnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) ilə əməkdaşlıqimkanlarını müzakirə edib.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Lüksemburqun Maliyyə TexnologiyalarınınÖtürülməsi Agentliyinin (ATTF) nümayəndə heyəti Mərkəzi Bankdasəfərdə olub.

Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə nümayəndə heyəti iləgörüşüb.

Səfər çərçivəsində ATTF heyəti həmçinin Azərbaycan BanklarAssosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, AzərbaycanMikromaliyyə Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası,eləcə də bankların tədris və inkişaf üzrə struktur bölmələrininnümayəndələri ilə keçirilən görüşlərdə iştirak edib.

Görüşlər zamanı ATTF-in dəstəyi ilə Azərbaycan üçün təşkil olunmuştəlimlər barədə rəylər öyrənilib, mövcud təlim ehtiyacları üzrəməlumat toplanıb və gələcək əməkdaşlıq imkanları ətrafında genişfikir mübadiləsi aparılıb.

Seçilən
97
2
az.trend.az

4Mənbələr