AZ

Türkiyə qadağan etdi Bizdə qiyməti artacaq?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Ticarət Nazirliyi Ramazan ayı ərəfəsində qiymət artımlarının qarşısını almaq üçün toyuq ətinin ixracını dayandırmaq qərarı verib. Ötən il zeytun yağı, yumurta, süd tozu və kərə yağı üzrə müxtəlif mexanizmlərlə ixrac məhdudiyyətləri tətbiq edilmişdi. İndi isə ağ ət sektoru da bu gündən etibarən ixracı qadağan olunan məhsullar siyahısına daxil edilir. Bəs Türkiyənin bu addımı Azərbaycanda toyuq əti qiymətinə təsir edə bilər?Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, son dörd il ərzində Türkiyədən Azərbaycana toyuq əti idxalı ümumiyyətlə həyata keçirilməyib:"Bu səbəbdən, Türkiyənin ixracı dayandırmaq qərarının yerli bazarda qiymətlərə hər hansı təsiri gözlənilmir. Mövcud vəziyyət daxili bazarın xarici asılılıqdan kənar olduğunu göstərir".Ekspert deyib ki, bu hal eyni zamanda müsbət məqam kimi qiymətləndirilir, çünki yerli istehsalın daha sürətlə inkişaf etməsi üçün əlavə imkan yaradır:"Daxili istehsalın gücləndirilməsi bazarın dayanıqlığını artırır və tələbatın yerli resurslar hesabına ödənilməsinə şərait yaradır. Mövqeyimiz ondan ibarətdir ki, mümkün qədər bütün əsas məhsullar üzrə təminat yerli istehsal hesabına formalaşsın. Türkiyədən toyuq ətinin idxal olunmaması fonunda bu qərarın qiymətlərə təsir etməyəcəyi aydın görünür".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr