AZ

Rusiya kimi davakar və zorakı dövlətin təhdidləri fonunda Avropanın təhlükəsizliyi ilə bağlı fəal iştirak elə də asan deyil

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən Rusiya–Ukrayna danışıqları təkcə regional yox, qlobal siyasi münasibətlər üçün də önəmli siqnallar verir. Bu proses beynəlxalq sistemdə diplomatiyanın yenidən ön plana çıxması, vasitəçi ölkələrin rolunun artması və böyük güclər arasında ünsiyyət kanallarının açıq qalmasının mümkünlüyünü göstərir. Eyni zamanda, mümkün əsir mübadiləsi və dialoq mühiti beynəlxalq təhlükəsizlik arxitekturasında gərginliyin mərhələli şəkildə azaldılması üçün presedent yarada bilər”.

Bizimyol.info xəbər portalına danışan politoloq Əli Orucov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı və nəticələri təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün deyil, ümumilikdə beynəlxalq siyasi münasibətlərin də gələcək trayektoriyasına ciddi təsir göstərəcək: “Əgər Kreml istədiklərini Kiyev və müttəfiqlərindən qoparsa, o zaman onun ambissiyalarının yenidən cücərməsi və həyata keçirilməsinə münbit zəmin yaradacaq. Rusiya-Ukrayna danışıqlarında ilişilib qalan nöqtələr Donbasın güzəştə gedilməsi və etibarlı təhlükəsizlik təmiatı məsələləridir. Tərəflər bu iki detal üzərində dirəniş göstərməkdirlər və geri addımın siyasi, hərbi nəticələr doğuracağının fəqrindədirlər”.

Əli Orucov

“Donald Trampın yürütdüyü dalğalı və sistemsiz xarici siyasəti Putini cürətləndirməklə yanaşı, onun manevr imkanlarını genişləndirib. ABŞ-nin ənənəvi Qərbli müttəfiqləri ilə fikir ayrılıqları getdikcə dərinləşir, Qrenlandiyaya açıq-aşikar iddiası atmosferi daha da gərginləşdirməkdədir. Üstəlik də İranla müharibə risqləri hər keçən gün üçün artır. Bütün bunlar Moskvaya üstün mövqe qazandırır”-deyə politoloq vurğulayıb.

“Azərbaycan bu qarmaqarışıq və mürəkkəb beynəlxalq vəziyyətdə təkcə öz milli maraqlarını və təhlükəsizliyinin təmini üçün deyil, Cənubi Qafqazın gələcəyi üçün də çalışır. Fəal, çevik, uzaqgörən xarici siyatət yürüdür. Azərbaycanın “Cənubi Qafqazın təminatçısı” olduğunu mübaliğəsiz deyə bilərik. Məhz indiyə kimi regionda münasibətlərin inkişaf etdirilməsi, gərginliyin aradan qaldırılması, kommunikasiyaların və əlaqələrilərin qurulması Bakının hesabınadır. Bütün bunlar da böyük zəhmətdən və balanslı siyasətdən, həmçinin formalaşdırılan gücdən qaynaqlanır”-deyən politoloqun fikrincə, yaxın qonşularında stabilsizlik və böhran yaşanan Azərbaycan beynəlxalq təhlükəsizlik arxitekturasında və sülhün qorunmasında fəal iştirakçıdır.

“Kənar güclərin müdaxilələri var və region uğrunda mübarizə açıq müstəviyə keçib. Həm regionda yaranmış həssas vəziyyətdə problemləri nizamlamaq, paralel olaraq da Avropanın təhlükəsizliyi ilə bağlı fəal iştirak elə də asan deyil. Üstəlik, Rusiya kimi davakar və zorakı dövlətin təhdidləri fonunda. Azərbaycan bu gün Qərbin 15-ə yaxın dövlətini təbii qazla təmin edir. İxrac edilən neftinin də alıcılarının çoxu Avropa ölkələridir. Bakı bərpaolunan enerji ilə bağlı iddialı layihələr üzərində işləyir. Böyük həcmli investisiyalar cəlb edilir. Qlobal tranzit xəttləri üzərində yerləçməsi, enerji və nəqliyyat qovşağına çevrilməsi Azərbaycanın mövqelərini və əhəmiyyətini daha artırır. Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş və güvənilir müttəfiq kimi qəbul edilir. Bütün bu uğurların memarı isə cənab prezident İlham Əliyevdir”-deyə Əli Orucov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
bizimyol.info

1Mənbələr