AZ

Bəhlul Mustafazadə “Qarabağ”dan getmədi

Bəhlul Mustafazadə “Qarabağ”da qalmağı seçib.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçiyə Çindən 2+1 illik sərfəli müqavilə təklif olunub. Lakin futbolçu son anda bu təklifi qəbul etməyib.

Bəhlul qərarını komandanın qarşıda duran iki vacib oyunu və sıx oyun qrafiki ilə əsaslandırıb. O, bu mərhələdə “Qarabağ”ı çətin vəziyyətdə tərk etmək istəmədiyini bildirib.

Qarşı tərəf oyunçunun dərhal komandaya qoşulmasını istəsə də, nəticədə Mustafazadə “Qarabağ”da qalmaq qərarı verib.

Seçilən
60
idmanxeber.az

1Mənbələr