AZ

Azərbaycanda pensiya sığorta sistemi nisbətən yeni mərhələdədir Ekspert

525.az saytına istinadən ain.az xəbər verir.

“Bir sıra inkişaf etmiş ölkələrdə mövcud pensiya və sosial sığorta sistemləri, eləcə də fiskal, büdcə siyasəti elə qurulub ki, əhalinin yaşlanması dövlət büdcəsi və ümumilikdə dövlət üçün ciddi təhlükə yaratmır. Bu ölkələrin əksəriyyətində özəl pensiya fondları fəaliyyət göstərir, eyni zamanda dövlətdənkənar sosial müdafiə mexanizmləri geniş tətbiq edilir”.

Bunu iqtisadçı ekspert Pərviz Heyərov 525.az-a bildirib. O qeyd edib ki, maaşların yüksək olması vətəndaşlara əmək fəaliyyəti dövründə daha çox sosial sığorta və məcburi dövlət sosial sığorta haqları ödəməyə imkan verir. Nəticədə pensiya sığorta sistemi uzun illər ərzində formalaşıb və dayanıqlı struktur qazanıb.

Ekspertin sözlərinə görə, özəl pensiya fondlarının yaradılması Azərbaycanda pensiya sisteminin uzunmüddətli dayanıqlılığını gücləndirə, dövlətin sosial yükünü azalda və kapital bazarının inkişafına təkan verə bilər:

“Azərbaycanda pensiya sığorta sistemi nisbətən yeni mərhələdədir. Xüsusilə 2019-cu ildən sonra bu sahədə genişmiqyaslı islahatlar həyata keçirilib. Məhz bunun nəticəsi olaraq son altı il ərzində pensiyaların minimum məbləği 320 manata çatdırılıb, orta pensiya məbləği isə əhəmiyyətli dərəcədə artıb. Lakin yaşlı əhali təbəqəsinin sayının artması Azərbaycanın pensiya sistemi üçün də uzunmüddətli risklər yaradır. Bu baxımdan çıxış yolu ya pensiya yaşının mərhələli şəkildə artırılmasında, ya da pensiya sığorta sisteminin elə təkmilləşdirilməsində görülür. Yalnız bu hallarda dövlət büdcəsinin üzərinə düşən yük minimuma endirilə bilər”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
525.az

3Mənbələr