AZ

Daha bir MTN-çiyə dövlət xidmətində vəzifə verildi  - İbrahimov qohumunu idarə rəisi təyin etdi

Bu günlərdə vərəm xəstəsi olan 10 günün əsgərinin ölümüylə gündəmə gələn Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində (SHXÇDX) ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin daha bir keçmiş əməkdaşına vəzifə verilib...

Mia.az-ın əldə etdiyi məlumata görə, xidmət rəhbəri Mürsəl İbarimovun əmriylə keçmiş MTN-çi Ağasi Əzimov SHXÇDX- nin Təchizat İdarəsinin rəisi təyin olunub.

Məlumata görə, Ağasi Əzimov MTN ləğv ediləndən sonra "Azərişıq" ASC-də işləyib... 

Onun xidmət rəisi M.İbrahimovla qohumluq əlaqəsinin hazırkı təyinatında müstəsna rol oynadığı da deyilir.

Xatırladaq ki, SHXÇDX-də xeyli keçmiş MTN-çilər vəzifə tutur. Onların arasında Hüquq İdarəsinin rəisi Bəxtiyar Hacıyev, Kadrlar Baş İdarəsinin qalmaqallı rəisi Tehran Babatov, həmçinin Mürsəl İbrahimovun baş köməkçisi vəzifəsinə gətirilmiş Hikmət İsbatovun adını çəkmək olar...

Poliqon.info

Seçilən
77
2
poliqon.info

3Mənbələr