AZ

Avropanın süni intellekt ambisiyaları qabaqcıl və etibarlı bağlantıya daha çox investisiya tələb edir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Brüssel, 9 fevral, AZƏRTAC

Avropa İttifaqı (AI) süni intellekt sahəsində qlobal liderlərdən birinə çevrilməyi hədəfləyir.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, AI Avropanın rəqabət qabiliyyətini artırmaq, təhlükəsizliyi möhkəmləndirmək və biliklərə çıxışı daha demokratik etmək üçün mühüm alətdir. Lakin ekspertlər bildirir ki, bu ambisiyaların reallaşması üçün ilk növbədə etibarlı və qabaqcıl rəqəmsal bağlantı infrastrukturu gücləndirilməlidir.

Süni intellekt artıq biznesdən tutmuş ictimai həyata qədər hər sahədə əsas rol oynayır və Avropa siyasətçiləri də bu texnologiyanın potensialını qəbul edirlər.

“Nokia”nın araşdırmasına əsasən, şirkətlərin 84 faizi AI-ni inkişaf strategiyasına daxil edib, lakin respondentlərin üçdə ikisi mövcud telekommunikasiya infrastrukturunun bu hədəflərə mane olduğunu qeyd edir.

Hazırda Avropa şəbəkə qurulması və investisiya səviyyəsinə görə ABŞ və Asiyanın bəzi regionlarından geri qalır. Mütəxəssislər vurğulayır ki, AI-nin tam potensialına çatması üçün 5G “standalone”, fiber-optik şəbəkələr, “edge” məlumat mərkəzləri və IP-optik magistrallarına daha çox sərmayə lazımdır. Eyni zamanda, kibertəhlükəsizlik və etibar məsələləri də prioritet sayılır. Təhlükəsiz və etibarlı texnologiyaların tətbiqi, vahid rəqəmsal bazarın tamamlanması və tənzimləmələrin sadələşdirilməsi AI ekosisteminin inkişafı üçün vacib şərtlər kimi göstərilir. Avropa indi hərəkət etməsə, iqtisadi artım və innovasiya imkanları məhdud qala bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr