AZ

İranda Nobel mükafatı laureatı həbs edildi

Ötən il İranda keçirilən anım mərasimi zamanı saxlanılan Nobel Sülh Mükafatı laureatı və insan haqları fəalı Nərgiz Məhəmmədi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Turkustan.az xəbər verir ki, Entekhab xəbər saytı Məhəmmədinin vəkili Mustafa Nilinin məsələ ilə bağlı yazılı açıqlamasını dərc edib.

Vəkil Nili açıqlamasında müvəkkilinin Məşhəd İnqilab Məhkəməsi tərəfindən "dövlət təhlükəsizliyinə qarşı cinayətlər üçün toplaşmaq və əməkdaşlıq" ittihamı ilə 6 il həbs, "təbliğat fəaliyyəti" ittihamı ilə 1 il 6 ay həbs cəzası və 2 illik səyahət qadağası və 2 il sürgün cəzası ilə cəzalandırıldığını açıqladı.

İranlı fəal Məhəmmədi 12 dekabr 2025-ci ildə Məşhəddəki Qədir məscidində Xosrov Əlikordinin anım mərasimində bir neçə digər fəal və vətəndaşla birlikdə saxlanılıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
58
turkustan.az

1Mənbələr