AZ

Fələstin Ərəb Liqasının fövqəladə iclasına çağırıb

Fələstin İsrailin İordan çayının Qərb Sahili ilə bağlı və israilli məskunların həmin ərazilərdə hüquqlarını genişləndirməsi ilə bağlı qəbul etdiyi yeni qanunlar səbəbindən Ərəb Liqasının fövqəladə iclasının keçirilməsinə çağırıb.

APA-nın “Al Jazeera“ kanalına istinadən verdiyi məlumata görə, Fələstinin Ərəb Liqasındakı daimi nümayəndəsi Muhannad Əl-Akluk İsrailin hərəkətlərini qanunsuz adlandırıb və bunu Fələstin xalqına qarşı təcavüzün davamı kimi qiymətləndirib.

Qeyd edək ki, İsrailin nazirlər kabinetinin qəbul etdiyi qərarlara əsasən, israilli məskunlara İordan çayının Qərb Sahilindəki ərazilərdə məskunlaşmaq üçün daha geniş imkanlar yaradılır. Həmin bölgələrdə torpaq və mülk sahibi olmaq israilli məskunlar üçün daha da asanlaşdırılır.

"Cebheinfo.az"

Seçilən
24
5
cebheinfo.az

6Mənbələr