AZ

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadıldı

Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını bir il müddətinə uzadılması ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib.

KONKRET.az-ın məlumatına görə, qanuna dəyişikliyin 2026-cı il yanvarın 1-dən tətbiq edildiyi bildirilib.

Qanuna dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılır.

Seçilən
43
6
konkret.az

8Mənbələr