AZ

Azərbaycan Prezidenti ABŞ-yə gedir

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın “Sülh Şurası”nın zirvə toplantısında iştirak etmək üçün Vaşinqtona səfər edəcəklər. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu “X” sosial şəbəkəsində yazıb. 

“Mənbələrə görə, vitse-prezident Vensin Cənubi Qafqaza səfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyan Tramp“Sülh Şurası”nın zirvə toplantısında iştirak etmək üçün fevralın 19-da Vaşinqtona səfər etməyi planlaşdırırlar”,-deyə Raufoğlu qeyd edib. 

Bundan əvvəl “Axios” nəşri Amerika rəsmisinə və Şuranın dörd üzv ölkəsindən olan diplomatlara istinadən Ağ Evin 19 fevralda Qəzza “Sülh Şurası” liderlərinin görüşünü keçirməyi planlaşdırdığını yazmışdı. 

Nəşrin məlumatına görə, ABŞ administrasiyası bu görüşdən Qəzzada atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsini irəlilətmək və bölgənin yenidən qurulması üçün vəsait cəlb etmək üçün istifadə etmək niyyətindədir. 

Seçilən
79
cebheinfo.az

1Mənbələr