AZ

Sahibkarlara ŞAD XƏBƏR - Prezident yeni qanunu TƏSDİQLƏDİ

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

News365.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılıb.

Belə ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Yeni qanun həmin müddətin daha bir il - 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.

Seçilən
56
1
news365.az

2Mənbələr