AZ

® “Azərbaycan HR İnstitutu” “LinkedIn”in Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya üzrə rəsmi tərəfdaşı olub

“Azərbaycan HR İnstitutu” Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə “LinkedIn”nin rəsmi tərəfdaşı olub. Bu tərəfdaşlıq çərçivəsində “Azərbaycan HR İnstitutu” region ölkələrində fəaliyyət göstərən özəl və dövlət sektoruna aid təşkilatlara “LinkedIn Talent Solutions”un tam portfelini təqdim edəcək.

Əməkdaşlıq istedadların cəlb edilməsi, işə qəbul proseslərinin optimallaşdırılması, əmək bazarı analitikası, “HR brendinq” və insan kapitalının inkişafı sahələrində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə imkan yaradacaq.

“Azərbaycan HR İnstitutu”nun təsisçisi və direktoru Emil Hüseynov açıqlaması zamanı bildirilib ki, bu əməkdaşlıq region üzrə strateji genişlənmə və təşkilatların transformasiyası baxımından mühüm addımdır: “Məqsəd regionda fəaliyyət göstərən qurumların böyüməsinə, rəqabət qabiliyyətinin artırılmasına və davamlı inkişafına dünya səviyyəli istedad həlləri ilə dəstək verməkdir”.

Seçilən
14
2
azertag.az

3Mənbələr