AZ

“Heç kim istəməzdi ki, belə hadisə olsun” – Azər Bağırov 

“İmişli”nin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Meydança oynamağa imkan vermir. Rəqib də daha çox fiziki oynamağa çalışır. Uşaqlar yaxşı mübarizə apardılar. 4 gün əvvəl çətin kubok oyunumuz olub. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq və heç olmasa 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlarımız var. Mübarizə hələ ki davam edir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov “İmişli” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Veysəl Rzayevin durumu necədir?

– Palatadadır. Müalicə olunur.

– Yenidən komandaya qayıdacaq?

– Bu məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. İnşallah hər şey həm klubumuz üçün, həm də Veysəl üçün daha yaxşı olar.

– Futbolçunun gecə vaxtı küçədə olması nə dərəcədə doğrudur?

– Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə balaca şəhərdir. Bütün futbolçulara nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi. Belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə ki, ölçü götürüləcək.

Seçilən
135
3
idmanxeber.az

10Mənbələr