AZ

Politico: Ukrayna əlavə Patriot və NASAMS tələb etməyi planlaşdırır...

...Çərşənbə günü, 11 fevralda Brüsseldə AB müdafiə nazirlərinin görüşü keçiriləcək. Deyilənlərə görə, Ukrayna müdafiə naziri Mixaylo Fedorov əlavə hava hücumundan müdafiə sistemləri, xüsusən də Patriot və NASAMS tələb edəcək.

SİA-nın məlumatına görə, Politico xəbər verir ki, "AB müdafiə nazirlərini bir araya gətirəcək AB Xarici İşlər Şurasının iclasının gündəliyində yalnız bir bənd var: Ukraynaya dəstək".

Rəqəmsal Transformasiya naziri vəzifəsindən sonra ötən ay təyin olunmuş Ukrayna müdafiə naziri Mixaylo Fedorovun iclasda iştirak etməsi və Rusiyanın tammiqyaslı işğalının dörd illiyi ərəfəsində blokun müdafiə nazirlərinə ölkəsinin "təcili" ehtiyacları barədə məlumat verməsi gözlənilir.

Nəşr bildirir ki, "Fedorov çox güman ki, uzun müddətdir Kiyevin prioritet siyahısında olan Patriot və NASAMS da daxil olmaqla əlavə hava hücumundan müdafiə raket sistemləri tələb edəcək".

Görüşdə müdafiə innovasiyaları, xüsusən də dronlar və yeni hərbi texnologiyalar sahəsində əməkdaşlıq da müzakirə olunacaq.

Əli Babayev

Seçilən
74
1
sia.az

2Mənbələr