AZ

Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşən erməni batalyonunun komandiri öldürüldü


Rusiya tərəfində döyüşən Ermənistanın “Arbat” batalyonunun komandiri Ayk “Abrek” Qasparyan Ukraynadakı müharibədə ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Donetsk vilayətindəki Qorlivkanın işğal administrasiyasının rəhbəri İvan Prixodko məlumat verib.
O, Qasparyanın fevralın 9 döyüş tapşırığını yerinə yetirərkən öldüyünü bildirib. O, əlavə məlumat verməyib. Ölüm zamanı onun 34 yaşı var idi.
“Mediazona”nın məlumatına görə, Qasparyan 2022-ci ilin avqust ayında silahlı soyğunçuluğa görə cəza çəkdiyi Ryazan bölgəsindəki 5 saylı cəzaçəkmə müəssisəsindən “Vaqner” üçün muzdlu əsgər kimi cəbhəyə cəlb edilib. Altı ay sonra o, müqaviləsini yeniləyib və “Arbat” batalyonunun komandiri olub. 2023-cü ildə Vladimir Putin Qasparyana “Cəsarətə görə” medalı verib.
Seçilən
74
yeniavaz.com

1Mənbələr