AZ

Təbii ki, Mingəçevirə uduzmağa getmirik Zaqatala nın baş məşqçisi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

1-ci Liqanın 14-cü turunda "Zaqatala" çempionluq uğrunda mübarizə aparan "Mingəçevir"in qonağı olacaq. Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla ilə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bizi çox ağır səfər oyunu gözləyir. Fasilə dönəmində "Mingəçevir"lə yoxlama oyunu da keçirdik. Nəyə qadir olduqlarını bilirik. Rəqib qış fasiləsində çox sayda yeni transferlər edib. Onların ən üstün cəhətlərindən biri fiziki cəhətdən hazırlıqlı olmasıdır. "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov həmişə fiziki hazırlığa üstünlük verir. Heyətlərində keyfiyyətli oyunçular da var. Əlbəttə, ağır matç olacaq, amma biz də asanlıqla məğlub olan komanda deyilik. Bizim də öz üstün tərəflərimiz var. "Səbail"lə son ev oyununda (0:1) məğlubiyyətə rəğmən, yaxşı təsir bağışladıq. Rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxırıq. Təbii ki, Mingəçevirə uduzmağa getmirik. Belə olsa, çempionatda niyə iştirak edirik ki? Yaxşı futbol sərgiləmək, qələbə qazanmaq istəyirik. Buna futbolçularımızın ustalıq səviyyəsinin imkan verib-verməyəcəyi artıq başqa mövzudur".

"Mingəçevir" - "Zaqatala" qarşılaşması fevralın 13-də keçiriləcək. Matçın start fiti 14:30-da səsləndiriləcək. 

"İşıqçılar" 24 xalla turnir cədvəlinin 4-cü pilləsində mövqe tutublarsa, qonaqlar 17 xalla 5-ci sırada qərarlaşıblar.

Nihat 

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
fanat.az

2Mənbələr