Aİ liderlərinin görüşlərinin əsas məqsədləri açıqlanıb
News.ru xəbər verir ki, alman politoloq Aleksandr Rar hesab edir ki, Aİ ölkələri bir neçə ölkəni öz sıralarından çıxarmağa çalışır.
Politoloqun fikrincə, Macarıstan belə ölkələrdən biri ola bilər. Rar hesab edir ki, onun xaric edilməsi Avropa İttifaqının birliyinin gücləndirilməsinə doğru bir addım kimi qəbul edilə bilər.
Rar həmçinin əlavə edib ki, bu məsələ Aİ nümayəndələrinin növbəti görüşlərindən birində qaldırılacaq. Onun fikrincə, alyans həmçinin "yeni dünya nizamının arxitekturasını öz üzərinə götürmək" və Avropanın qlobal marjinallaşmasının qarşısını almaq istəyir.
"Bu həftə planlaşdırılan bu cür görüşlərdə bütün Avropa liderləri toplaşmır. Onlar Aİ-ni yumşaq bir imperiya kimi xilas etməkdən danışırlar. Berlin, Paris və Roma bir neçə yanaşma həyata keçirmək istəyirlər. Birincisi, ABŞ-dan daha muxtar, daha mərkəzləşdirilmiş və daha yaxşı idarə olunan əsas Avropa üçün konsepsiya hazırlamaqdır. Onlar Aİ prezidenti vəzifəsini yaratmaq və Macarıstan kimi ölkələri öz sıralarından çıxarmaq istəyirlər. İkincisi, yeni, güclü bir Avropa kimliyi yaratmaqdır: xarici təhdidlərə qarşı militarizasiya, güclü Avropa ordusu və NATO-dan asılı olmayan müdafiə sənayesi", - deyə o bildirib. Daha əvvəl politoloq bildirmişdi ki, Avropa İttifaqının Rusiyadan təhdidə ehtiyacı var.
aia.az
Tərcümə şöbəsi