AZ

Keçidi görüş yerinə çevirən piyadalar hərəkəti ləngitdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində piyadaların qayda pozuntusu kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 3-də saat 11:24 radələrində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, piyada keçidindən istifadə edərək yolu keçən iki nəfər keçidin üzərində dayanaraq bir-biri ilə görüşüb. Bu səbəbdən həmin ərazidən hərəkət edən və piyadalara yol verən sürücünün hərəkəti ləngiyib.

Qeyd edək ki, piyada keçidləri yolun təhlükəsiz və fasiləsiz şəkildə keçilməsi üçün nəzərdə tutulub.

Piyadaların keçidin üzərində dayanması və ya hərəkəti gecikdirməsi nəqliyyatın axınına mane olmaqla yanaşı, əlavə risk də yarada bilər.

Nərmin

Oxunub 308

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
avtosfer.az

1Mənbələr