AZ

Pensiya kapitalı niyə indeksləşdirilir? – Professor açıqlayıb

Pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı qəbul edilən qərar ölkədə ötən il üzrə istehlak qiymətləri indeksinin dəyişmə göstəricisinə əsaslanır. Bu isə faktiki olaraq pensiyaların indeksləşdirilməsinin pensiya kapitalı seqmenti üzrə həyata keçirildiyini göstərir ki, bu da bir tərəfdən iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, Professor Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, bu qərar ölkə iqtisadiyyatında alıcılıq qabiliyyətinin qorunmasına, iqtisadi artımın stimullaşdırılmasına xidmət edir. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir:

"Beləliklə, pensiya kapitalının qiymət dəyişiklikləri ilə bağlı çağırışlara adekvat reaksiya verilməsi çərçivəsində indeksləşdirilməsinin şahidi oluruq. Düşünürəm ki, bu yanaşma həm sosial, həm də iqtisadi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir".

 

Pərvanə Fərhadqızı

Seçilən
60
qht.az

1Mənbələr