AZ

Özbəkistan şirkətləri ilə Azərbaycanın Orta Dəhliz üzrə tranzit imkanları müzakirə olundu

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistanınaparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələriilə görüşüb.

Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti,Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararasıyükdaşımaların inkişaf perspektivləri müzakirə olunub.

ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə dəmultimodal daşımalar üçün təqdim etdiyi çevik vərəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.

Tərəflər yükdaşımaların həcminin artırılması, logistikaproseslərinin optimallaşdırılması və uzunmüddətli əməkdaşlıqimkanları barədə fikir mübadiləsi aparıblar.

Özbəkistanlı yükgöndərənlər ADY ilə əməkdaşlıqda və Orta Dəhliz,o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə birgə layihələrinhəyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Seçilən
16
10
az.trend.az

10Mənbələr