ain.az, Azertag portalına istinadən məlumat verir.
Moskva, 9 fevral, AZƏRTAC
2025-ci ilin yekunlarına əsasən Azərbaycan Rusiya istehsalı olan proteinlərin ən iri idxalçıları arasında ikinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, ekspertlərin qiymətləndirmələrinə görə, Rusiya ötən il təxminən 1,5 milyon dollar dəyərində 150 tondan artıq konsentratlaşdırılmış quru süd zülalı ixrac edib. Bu barədə “Aqroeksport” federal mərkəzinin məlumatında bildirilir. “Bu, müşahidələr tarixində rekord nəticədir. 2024-cü illə müqayisədə ixracın həcmi həm fiziki, həm də dəyər baxımından iki dəfə artıb”, – deyə məlumatda qeyd olunur.
Əsas ixrac gəliri İsrailə tədarüklər hesabına əldə olunub və bu göstərici 1 milyon dollardan çox təşkil edib. Azərbaycan 250 min dollardan artıq nəticə ilə ikinci yeri tutub. Ondan sonra isə 100 min dollardan çox göstərici ilə Qazaxıstan qərarlaşıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.