AZ

İran dövlət televiziyası Pezeşkianın bu sözlərindən sonra canlı yayımı dayandırdı...



İran dövlət televiziyası Prezident Məsud Pezeşkianın iştirak etdiyi bir neçə layihənin açılış mərasimi ilə bağlı proqramın yayımını qəfil dayandırıb.

İran mətbuatında yer alan xəbərlərə görə, mərasim zamanı dövlət televiziyasının müxbiri Pezeşkiana "Canlı yayımdayıq. Vaxtınızı düzgün idarə etsəniz, minnətdar olarıq" deyib. Pezeşkian isə cavabında "Yayımlamayın, vacib deyil, biz öz işimizi görəcəyik" deyib.

Prezident Pezeşkianın məhz bu açıqlamasından sonra İran dövlət televiziyası açılış mərasiminin canlı yayımını dayandırıb.

TAHİR

Seçilən
69
baki-xeber.com

1Mənbələr