AZ

Əli Xamenei: Düşmənin ümidləri puç olmalıdır

Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran lideri Əli Xamenei bildirib ki, "ölkənin düşmənləri inqilabdan əvvəlki İran günlərini arzulayırlar" və bu ümid məhv edilməlidir.Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Xamenei inqilabın 47-ci ildönümü münasibətilə xalqa müraciət edib.Xamenei bildirib ki, İran xalqı 1979-cu il inqilabında qalib gələrək ölkəsini xarici müdaxilədən azad edib.Xarici güclərin inqilabdan əvvəlki vəziyyəti bərpa etmək istədiklərinə diqqət çəkən Xamenei, düşmənin bu mövzudakı ümidlərini puç etməyin vacibliyini bildirdi.Xamenei aşağıdakıları qeyd etdi:"Milli güc raket və təyyarələrdən daha çox xalqın iradəsindən və müqavimətindən asılıdır. Xoşbəxtlikdən, siz müqavimətinizi və iradənizi nümayiş etdirdiniz. Bunu müxtəlif tədbirlərdə bir daha göstərin. Düşməni ümidsizliyə salın. Əgər düşmən ümidsiz deyilsə, bir millət daim zülmə və təqiblərə məruz qalacaq. Düşmənin ümidini qırmaq lazımdır."

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr