AZ

Azərbaycan Prezidenti: ABŞ ilə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz təbiidir

Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə sənəd imzalanıb və burada xüsusi bəndlər var.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir", - dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti həmin vaxtdan bəri ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyətini göndərdiyini vurğulayıb:

"Hökumət rəsmiləri arasında çoxsaylı təmaslar olmuşdur və mənim Prezident Trampla sonuncu görüşüm keçən ay Davosda oldu, baxmayaraq ki, onun qrafiki çox sıx idi və o, çox qısa müddətlik orada idi. Onun Azərbaycan Prezidenti ilə görüşməsi bir daha bizə və bütün regiona bu münasibətlərin bizim üçün necə də önəmli və onların necə də mehriban olduğunu nümayiş etdirir".

 

 

Seçilən
40
adalet.az

1Mənbələr