AZ

iPhone 17 Pro və Pro Max modellərində KÜTLƏVİ QÜSUR: Üzlüyü çıxaranda telefon ÇATLAYIR

iPhone 17 Pro və Pro Max modellərində üzlük çıxarmaq telefonu sındırır.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

“Apple”ın yeni flaqmanları olan iPhone 17 Pro və Pro Max istifadəçiləri ciddi bir problemlə üzləşiblər.

Sosial şəbəkələrdə yayılan çoxsaylı şikayətlərə görə, smartfonların anten hissəsindəki plastik ara qatlarında çatlar yaranır.

Məlumata görə, bu zədələr əsasən telefonun üzlüyü (çexolu) çıxarılan zaman meydana gəlir.

Paylaşılan şərhlərdən belə aydın olur ki, problem artıq fərdi xarakter daşımır və kifayət qədər tez-tez rast gəlinən kütləvi qüsura çevrilib.

Qiyməti təxminən təxminən 3 300 manat olan bir cihazın bu qədər kövrək olması istifadəçilərin kəskin narazılığına səbəb olub.

Hazırda texnologiya həvəskarları və zərərçəkmiş şəxslər “Apple” şirkətindən bu məsələ ilə bağlı rəsmi açıqlama gözləyirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
69
interpress.az

1Mənbələr