AZ

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: “Sabahınız xeyir, xoş gəlmisiniz. Sizi görmək çox xoşdur. Şadam ki, böyük nümayəndə heyəti ilə səfərə gəlmisiniz. Bir neçə ay bundan öncəki görüşümüzü xatırlayıram və məmnunam ki, siz dəvətimizi qəbul edərək ölkələrimiz arasında münasibətlərin çox fəal inkişaf etdiyi vacib bir vaxtda Azərbaycana səfərə gəlmisiniz.

Bildiyiniz kimi, biz hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib.

Bilirəm ki, müxtəlif dövlət rəsmiləri ilə sizin çoxsaylı görüşləriniz nəzərdə tutulub. Əminəm ki, onlar sizin bütün suallarınızı cavablandıracaqlar. Düşünürəm ki, bu səfərin nəticəsində biz müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq. Onu da bilirəm ki, siz ABŞ iqtisadiyyatının müxtəlif seqmentlərini təmsil edirsiniz və bu, çox faydalı olacaq, çünki bu günə qədər iqtisadi əlaqələrimiz bizim görmək istədiyimiz səviyyədə deyil.

Seçilən
62
azpost.info

1Mənbələr