AZ

KİV: Aİ İndoneziya və Gürcüstan limanlarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketi çərçivəsində bu ölkənin nefti ilə əməliyyatlara görə 42 tankeri qara siyahıya daxil etmək və ilk dəfə olaraq üçüncü ölkələrin - İndoneziya və Gürcüstanın limanlarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Avropa Komissiyası tərəfindən təsdiqlənməsi üçün Aİ ölkələrinə təqdim edilmiş sənədə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Gürcüstandakı Kulevi terminalından və İndoneziyadakı Karimun limanından gedir. Bundan əlavə, agentlik iddia edir ki, Aİ Tacikistan, Laos və Qırğızıstan banklarına qarşı sanksiyalar tətbiq etmək və Çinin iki bankına qarşı sanksiyaları ləğv etmək niyyətindədir.

Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, 20-ci paketdə ilk dəfə olaraq Rusiya neftinin dəniz daşımaları ilə əlaqəli istənilən əməliyyatlara tam qadağa tətbiq etməyə cəhd olunacaq.

Seçilən
12
3
far.az

4Mənbələr