AZ

III Karl qardaşı Endryunun Epşteynlə əlaqələrinin araşdırılmasına kömək edəcək

III Karl qardaşı Endryunun Epşteynlə əlaqələrinin araşdırılmasına kömək edəcək

Böyük Britaniya Kralı III Karl qardaşı Endryu Mauntbetten-Vindzorun pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə dair polisin apardığı araşdırmalara dəstək verməyə hazır olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə Bukinqem sarayı xüsusi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Kral cənab Mauntbetten-Vindzorun davranışı ilə bağlı ortaya çıxan ittihamlardan ciddi narahatdır. Saray rəsmiləri konkret iddialara Endryunun özünün cavab verməli olduğunu bildirsələr də, müraciət olunacağı təqdirdə Temza Vadisi polisinə hər cür köməklik göstərməyə hazır olduqlarını vurğulayıblar. Kral və kraliça Kamillanın bütün zorakılıq qurbanlarının acısını paylaşdığı da bəyanatda əksini tapıb.

Hazırda polisin diqqət mərkəzində olan əsas məqam Endryunun 2001-2011-ci illərdə Böyük Britaniyanın beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi olduğu dövrdür. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə iddia olunur ki, Endryu 2010-cu ildə Vyetnam, Sinqapur və Çinə rəsmi səfərləri barədə hesabatları, həmçinin Əfqanıstandakı investisiyalarla bağlı məxfi məlumatları Epşteynə ötürüb.

Xatırladaq ki, 2019-cu ildə Vircinia Cuffre adlı qadın 17 yaşında ikən Endryu tərəfindən cinsi istismara məruz qaldığını iddia etdikdən sonra "şahzadə" kral ailəsinin rəsmi vəzifələrindən uzaqlaşdırılmışdı. 2022-ci ildə Kraliça II Elizabet onu fəxri hərbi rütbələrdən məhrum etmişdi.

Seçilən
92
afn.az

1Mənbələr