AZ

Hakan Fidan Azərbaycan ABŞ münasibətlərindən danışıb

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülhün dəstəklənməsi və Azərbaycan-ABŞ əlaqələrindən danışıb.

"Unikal" xəbər verir ki, Fidan bu barədə "CNN Türk" telekanalının canlı efirində qeyd edib.

O, sülh prosesində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Trampın münasibətlərinin də rol oynadığını bildirib.

H. Fidan Türkiyə-ABŞ münasibətlərinin müsbət dinamikasının Rusiya-Ukrayna müharibəsinin həll istiqamətində aparılan danışıqlarda, Qəzzada atəşkəsin əldə olunması və Suriya ilə bağlı bölgənin lehinə qərarların verilməsində də özünü göstərdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
8
unikal.az

10Mənbələr