AZ

Ukraynaya qarşı vuruşan erməni batalyonunun komandiri döyüşdə öldürüldü

Rusiyada Ukraynaya qarşı vuruşmaq üçün yaradılan "Arbat" xüsusi təyinatlı erməni muzdlu batalyonunun komandiri Ayk Qasparyan ölüb.

Hakimiyyet.az xəbər verir ki, Qasparyan fevralın 9-da döyüş əməliyyatını yerinə yetirərkən öldürülüb.

Bildirilir ki, Qasparyan 2023-cü ildən "Arbat"ın komandiri vəzifəsini yerinə yetirirdi. O, keçmiş "Vaqner" üzvüdür. Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə onu "Cəsarətə görə" medalı ilə təltif etmişdi.

Məlumata görə, "Arbat" 2022-ci ildə kriminal avtoritet Armen Sarkisyan tərəfindən yaradılıb və 2023-cü ildən Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sarkisyan 2025-ci ilin fevralında Moskvada partlayış nəticəsində öldürülüb.(Oxu.az)

Seçilən
30
6
hakimiyyet.az

7Mənbələr