AZ

​Yaxın Şərqdəki bütün hadisələr buna yönəlib -

Yaxın Şərqdəki bütün hadisələr Fələstin məsələsinin həlli prosesinə mane olmağa yönəlib. Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O, Moskvada keçirilən Beynəlxalq Valday Müzakirə Klubunun Yaxın Şərq Konfransında bildirib ki, ərəb baharından sonra bölgədə səngimə müşahidə edilmir. Lavrov hesab edir ki, indiki proseslər fonunda regionda gərginlik aradan qalxması real deyil. Lavrovun sözlərinə görə, Rusiya ABŞ Prezidenti Donald Trampın Qəzza zolağına dair Sülh Planını dəstəkləyir.

Lavrov Qəzzada zorakılığın davam etdiyini vurğulayaraq bildirib ki, planda nəzərdə tutulduğu kimi İsrail əsgərlərinin Qəzza zolağından çıxarılması, HƏMAS-ın tərksilah edilməsi, humanitar yardım prosesinin təşkili və Qəzzada idarəetmənin təşkili ilə bağlı qəti həmlələr atılmayıb.

Seçilən
35
5
metbuat.az

6Mənbələr